7 qollu İstanbul derbisini "Beşiktaş" qazandı

Türkiyə Super Liqasında X tur davam edir.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında İstanbul nəhəngləri üz-üzə gəlib.

Liderlər qrupunda qərarlaşan "Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Məhsuldar keçən görüşdə qələbə qazanan qonaqlar liderlərə yaxınlaşıb.

Çempionatın lideri “Alanyaspor” növbəti qələbəsini bayram edib. “Konyaspor”la ev oyununda 3 xal üçün bir qol yetərli olub.

“Kasımpaşa” da liderlər qrupunun yaxınlığında yer alıb. Bu, autsayderlərdən biri “Gənclərbirliyi” üzərində qələbə sayəsində mümkün olub.

Günün yeganə heç-heçəsi Ərzurumda qeydə alınıb. Şəhərin eyniadlı komandası “Antalyaspor”la məhsuldar sülhə imza atıb.

29 noyabr
“Ərzurum BB” – “Antalyaspor” – 2:2

Qollar: Kanak, 29, Qomes, 85 – Sarı, 60, Bayrakdar, 65
“Alanyaspor” – “Konyaspor” – 1:0
Babakar, 37

 

“Kasımpaşa” – “Gənclərbirliyi” – 2:0
Qoll: Hodziç, 16, 25
 

“Fənərbaxça” – “Beşiktaş” – 3:4
Qollar:
Sisse, 34, Tufan, 68, 90+7 (pen.) – Abubakar, 4, 20, Uysal, 53, Nsakala, 88

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right