“İnter”in koronavirusa yoluxan futbolçusu sağaldı

İtaliyanın “İnter” klubunun koronavirusa yoluxan futbolçusu Marselo Brozoviç sağalıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun son test nəticəsi neqativ olub. Futbolçu artıq komanda ilə məşqlərə qatıla və Çempionlar Liqasının növbəti turunda “Borussiya” ilə (Münhenqladbax) oyunda iştirak edə biləcək.

Brozoviç Xorvatiya millisinin düşərgəsində koronavirusa yoluxmuşdu.

“Borussiya” – “İnter” oyunu dekabrın 2-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right