Maradona özəl qəbristanlıqda dəfn edilib

Argentinanın futbol üzrə milli komandasının keçmiş oyunçusu və məşqçisi Dieqo Armando Maradona Buenos-Ayresdən 35 km aralıqdakı Bella-Vista özəl qəbiristanlığında dəfn edilib. Dəfn mərasimi “Todo Noticias” telekanalı vasitəsilə də yayımlanıb.
 
Mərasimdə məhdud sayda insanlar iştirak edib. Burada keçmiş futbolçunun valideynləri Dieqo Maradona və Dalma Franko da dəfn edilib. Dieqo Maradona noyabrın 25-də 61 yaşında vəfat edib. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.
 
Qeyd edək ki, buna qədər Buenos-Ayresdəki prezident sarayında Maradona ilə vida mərasimi keçirilib. Maradona hələ sağlığında nəşinin mumiyalanması ilə bağlı vəsiyyət etmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right