“Arsenal”ın futbolçusu qəzaya uğradı

“Arsenal”ın futbolçusu Co Uillok qəzaya uğrayıb.

Newsport.az-ın məlumatına görə, hadisə 21 yaşlı yarımmüdafiəçi məşqə gedərkən baş verib.

Futbolçu yüksək sürətlə sürdüyü Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib. Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingiltərəli oyunçu xəsarət almayıb.

Qeyd edək ki, Co Uillok bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyunda meydana çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right