Latviya klubu meydana 8 futbolçu ilə çıxdı, matç yarımçıq qaldı

Latviya çempionatında kuryoz hadisə baş verib.
 

Newsport.az-ın məlumatına görə, “Dauqavpils” "Valmiera" ilə səfər matçına 8 futbolçu ilə çıxıb.

Buna qonaqların heyətində futbolçuların əksəriyyətinin koronavirus testinin müsbət nəticə verməsi səbəb olub. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün kollektiv meydana 4-3-0 taktiki sxemi ilə çıxıb.

Rəqibinə  müqavimət göstərən "Dauqavpils" 70-ci dəqiqəyədək qapısından 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakim görüşü vaxtından əvvəl bitirib.
 
Qeyd edək ki, "Dauqavpils" 25 oyuna topladığı 20 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right