"İnter" Vidalı cərimələyir

"İnter" futbolçusu Arturo Vidalı cərimələyəcək.

Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Real"la matçda meydanda qovulmasıdır. Çilili yarımmüdafiəçi sözügedən görüşdə iki sarı vərəqə alıb. Onun komandasını vacib matçda çıxılmaz vəziyyətə saldığı üçün cərimələnəcəyi bildirilir.

Qeyd edək ki, "İnter" "Real"a 0:2 hesabı ilə uduzub və komanda 2 xalla B qrupunda sonuncu pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right