“Boka Xuniors”un oyunu təxirə salındı Maradonaya görə

Argentinanın “Boka Xuniors” klubunun Libertadores kubokundakı növbəti oyunu ləğv olunub.
 
Newsport.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONBEBOL) mətbuat xidməti məlumat yayıb. 
 
Libertadores kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirilməli olan “Boka Xuniors” – “İnternasional” (Braziliya) matçı Dieqo Maradonanın ölümünə görə təxirə salınıb. Qarşılaşma dekabrın 3-də, cavab matçı isə 10-da oynanılacaq.
 
Dünən vəfat edən Maradona, 1981-82 və 1995-97-ci illərdə “Boka Xuniors”da forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right