"Golden Boy" mükafatının sahibi müəyyənləşdi

Ən yaxşı gənc futbolçu üçün təsis edilən “Golden Boy” mükafatının sahibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, mükafat Norveç millisinin və Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanda veriləcək.

O, 21 yaşadək futbolçular arasında ən yaxşı olub. Norveçli Alfonso Devis (“Bavariya”), Ceydon Sanço (“Borussiya” D), Kallum Hadson Odoi (“Çelsi”), Vinisius Junior (“Real”) kimi bir sıra namizədləri arxada qoyub.

Qeyd edək ki, ötən il mükafata “Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliş layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right