“Neftçi”nin hücumçusu bu dəfə qola həsrət qaldı

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilir.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin hücumçusu Prins İbaranın şərəfini qoruduğu Konqo yığması qrup mərhələsinin IV turunda Esvatini ilə səfərdə qarşılaşıb.

Manzinidəki matçda start heyətində meydana daxil olan İbara yalnız 86-cı dəqiqədə əvəzlənib. Üç gün əvvəl bu komanda ilə ev görüşündə 1 qol, 1 məhsuldar ötürmə ilə qələbənin memarı olan (2:0) forvard bu dəfə qolsuz bərabərliyi poza bilməyib – 0:0.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Konqo qrupda ikinci pillədəki mövqeyini möhkəmlədib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right