Lüksemburq millisi Azərbaycanla oyuna bu “11-lik”lə çıxacaq

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Lüksemburqla qarşılaşacaq.
 
Newsport.az xəbər verir ki, “Jozi Bartel” stadionunda keçiriləcək qarşılaşma saat 23:45-də start götürəcək. Qarşılaşmanı almaniyalı referi Feliks Zvayer idarə edəcək.
 
Lüksemburq millisinin Azərbaycanla oyun üçün təxmini 11-liyi də məlum olub. Yığmanın baş məşqçisi Lyuk Holts bugünkü matçda 4-2-3-1 sxemindən istifadə edəcək.
 
Lüksemburq millisinin təxmini 11-liyi: Antoni Moris, Mika Pinto, Lars Gerson, Enes Mahmutoviç, Laurent Yans, Aldin Skenderoviç, Leandro Barreyro, Gerson Rodriqes, Vinsent Till, Daniel Sinani, Edvin Muratoviç.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right