Ter Ştegen millidən kənarda qaldı

"Barselona"nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen yığmanın noyabr ayındakı matçlarında iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb. Millinin baş məşqçisi Yoahim Löv qapıçılardan Manuel Noyer (“Bavariya”), Kevin Trapp (“Ayntraxt”) və Bernd Lenonu (“Arsenal”) yığmaya dəvət edib.

Bildirilib ki, Löv və Almaniya Futbol Federiyasınin birgə qərarı ilə 28 yaşlı qapıçı milliyə çağırılmayıb. Onun zədədən tam sağalması üçün bu addım atılıb. Alman qapıçının “Barselona”da yığmadakından daha intensiv işləyəcəyi vurğulanıb.

Qeyd edək ki, Ter Ştegen dizindəki problem səbəbindən əməliyyat olunduğu üçün bir neçə aydır meydana çıxmır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right