"Atletiko"dan darmadağın

“Atletiko” La Liqanın 9-cu turunda “Kadiz”i qəbul edib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi darmadağınla qalib gəlib.

Oyunda hesabı 8-ci dəqiqədə Joao Feliks açıb. Markuss Lorente 22-ci dəqiqədə fərqi artırıb. Luis Suares 51-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. Feliks 90-cı dəqiqədə də fərqlənməklə dub edib və matçın yekun hesabını müəyənləşdirib- 4:0.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran “Atletiko” turnir cədvəlinə liderlik edir. “Soysedad” eyni xalla 2-ci, “Real” 16 xalla 3-cüdür. Aktivində 14 xal olan “Kadiz” isə 6-cı yerdədir.



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right