"Çelsi"dən böyükhesablı qələbə

“Çelsi” İngiltərə Premyer Liqasının 8-ci turunda “Şeffild Yunayted”i qəbul edib.

Newsport.az-ın məlumatına görə, matç “zadəganlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 9-cu dəqiqədə qonaqların oyunçusu Devid MakQoldrik açıb. Tommi Abraham 23-cü dəqiqədə bərabərlik qolunu vurub. Ben Çiluell 34-cü dəqiqədə “Çelsi”ni önə keçirib. Tiaqo Silva 77-ci dəqiqədə hesab arasındakı fərqi bir qədər də artırıb. Timo Verner isə 80-ci dəqiqədə qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib- 4:1.

Qeyd edək ki, “Çelsi” çempionatın turnir cədvəlində 15 xalla 3-cüdür. “Şeffil Yunayted” isə 1 xala sonuncu- 20-ci pillədə qərarlaşıb.




 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right