"Bavariya"dan rekord

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, "Bavariya" qrup mərhələsinin III turunda "Zalsburq"la səfər oyununun (6:2) son 15 dəqiqədə 4 qol vurmaqla ilkə imza atıb. Münhen klubunun futbolçuları 79, 83, 88 və 90-cı dəqiqələrdə fərqlənərək hesabı 6:2 ediblər.

Buna qədər heç bir komanda ÇL oyununun son 15 dəqiqəsində bu qədər qol vurmayıb.

3 oyunda 3 qələbə qazanan "Bavariya" A qrupunun lideridi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right