PSJ-dən 3 cavabsız qol

PSJ Liqa 1-in 9-cu turunda “Nant”ın qonağı olub.

Newsport.az-ın məlumatına görə, matç Paris təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 47-ci dəqiqədə Andre Herrera açıb. Kilian Mbappe 85-ci dəqiqədə fərqi bir qədər də artırıb. Pablo Sarabia isə 87-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, PSJ 21 xalla Liqa 1-in turnir cədvəlinə liderlik edir. “Lill” 18 xalla 2-ci, eyni xalı olan “Renn” isə 3-cüdür.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right