Koronavirusa görə millidən kənar qaldı

"Səbail"in futbolçusu Nikolas Hagen Qvatemala yığmasının Hondurasla keçirəcəyi matçın heyətinə çağırılmayıb.

Newsport.az-ın məlumatına görə, millinin baş məşqçisi Amarini Villatoro 24 yaşlı qapıçıya dəvət göndərməyib.

Hagenin kənarda qalmasına səbəb koronavirus pandemiyasına görə yaranmış vəziyyətdi. Qapıçı Qvatemalaya getdikdən sonra Bakıya qayıdan zaman problemlə üzləşə bilər. Hagen Azərbaycana gəlmək üçün əvvəlcə İstanbula uçmalıdı, lakin Türkiyədə koronavirusa yoluxmanın getdikcə artması sərhədlərin bağlanması ehtimalını gücləndirir. Belə olacağı halda, Hagenin Bakıya qayıdışı ləngiyəcək. Bu səbəbdən qapıçı Qvatemala millisinin heyətinə çağırılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right