Zidan Avropa Premyer Liqasından danışdı

“Real”ın baş məşqçisi Zinəddin Zidan Avropa Premyer Liqasının yaradılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis bunları deyib:

“Bu barədə danışıqları eşitdim. Amma istirahət etmədən bu qədər oyunlar keçirməklə kifayət qədər narahatlığım var. Qələbədən zövq almağa belə vaxtım yoxdur. Fikrimizi növbəti oyuna yönəltmək çox vacibdir. Həm mən, həm də futbolçularımız hər matça son oyunumuz kimi yanaşırlar. Düşüncələrimizdə də belə hisslər olmalıdır. Həyatda hər şey ola bilər. Əylənməliyik, sonra digər yarışlarda nə baş verdiyini düşünəcəyik”.

Bundan əvvəl “Liverpul” və “Mançester Siti” də daxil olmaqla İngiltərə,  Almaniya, İspaniya, İtaliya və Fransadan 10-dan çox klubun Avropa Premyer Liqası adlı bir çempionatın yaradılması üçün danışıqlar apardığı məlum olmuşdu. Təşkilatçılar FİFA-nın dəstəyi ilə 16-18 komandanın iştirakı nəzərdə tutulan turnirə 2022-ci ildə start verməyi planlaşdırırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right