"Mən əlimdən gələni etdim" Arteta Özildən danışdı

“Mən əlimdən gələni etdim. Özilə mümkün qədər çox şans yaratmağa çalışdım. Ona imkanlar verdim, səbrli və ədalətli oldum”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçusu Mesut Özil haqqında danışarkən deyib. 38 yaşlı mütəxəssis türk əsilli alman yarımmüdafiəçinin Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil olunmaması ilə əlaqədar edilən tənqidlərə cavab verib:

“Özil son bir neçə mövsümdə “Arsenal” üçün vacib futbolçu idi. Buna hörmətlə yanaşmalıyam. Ancaq mən komanda və klub üçün ən yaxşı qərarları verməyə görə buradayam. Bu, etməyə çalışdığım şeydir. İnsanların motivasiyaya və düzgün cavablara ehtiyacı var. Ona görə də qərarlarımı əsaslandırmalıyam. Mənə inansalar da, inanmasalar da cavablarımı verirəm. Qərarlarımı da ürəyim və ağlımla verməliyəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right