"Qarabağ"la matçda zədələnən futbolçu 3 həftə oynamayacaq

“Vilyarreal”ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda  “Qarabağ”la matçda zədələnən futbolçusu  Xuan Foytun durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçinin əzələsində yırtıq aşkarlanıb. Argentinalı oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Buna görə də futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını, La Liqada "Valyadolid" və "Xetafe",  Avropa Liqasında isə "Makkabi" (Təl-Əviv) ilə matçları buraxacaq.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçirilmiş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right