“Yuventus”dan son 10 ilin ən pis startı

“Yuventus” bu mövsüm tarixində son 10 ilin ən pis startını edib.

Newsport.az-ın məlumatına görə, Turin klubu yeni mövsümün ilk 6 oyununda cəmi 2 qələbə qazanıb. Andrea Pirlonun kollektivi digər matçların 3-də heç-heçəyə razılaşıb, 1-də isə məğlub olub.

Son dəfə  “Yuventus” ən pis başlanğıcını 2010-cu ildə Luici Dernelinin baş məşqçiliyi altında etmişdi. 

Bundan əlavə, Pirlo televizya kanallarından birində komandası mövsümə qeyri-qənaətbəxş start verdiyi üçün tənqidi olaraq “Qızıl Tapir” mükafatını almışdı.

Qeyd edək ki, “Yuventus” A Seriyasının turnir cədvəlində  9 xalla 5-cidir. Sıralamaya aktivində 13 xal olan “Milan” başçılıq edir. “Napoli” 11 xalla 2-ci, eyni xalı olan “Sassuolo” isə 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right