“Fasilədə 11 dəyişiklik etmək istəyirdim” – Mourinyo

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Antverpen”ə (Belçika) uduzan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo oyun haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, London klubunun çalışdırıcısı 0:1 hesablı məğlubiyyətdə özünü günahlandırıb:

“Fasilədə 11 dəyişiklik etmək istəyirdim. Günahkar yalnız bir nəfər var, o da mənəm. Start heyəti üçün futbolçuları mən seçirəm. Fasilə zamanı vəziyyəti düzəltməyə çalışdım, amma bu, kifayət etmədi. İlk 45 dəqiqəyə nəzərən oyunun gedişatını dəyişdirmək çətin oldu. İkinci hissədə daha yaxşı oynadıq, ancaq rəqib də fərqli çıxış etdi. Sonda “Antverpen” layiq olduğu nəticəni əldə etdi. Meydandakı ən yaxşı komanda qalib gəldi”.

Qeyd edək ki, "Tottenhem" J qrupunda 3 xalla 2-cidir. "Antverpen" isə 6 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right