"Futbol Tanrısı" 60 yaşında

Bu gün dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın yubileyidir.

Newsport.az-ın məlumatına görə, 1955-ci ilin 30 oktyabrında Buenos Ayresdəki yoxsul bir ailədə doğulan argentinalının 60 yaşı tamam olur.

Peşəkar futbolçu karyerasına “Argentinos Xuniors” klubunda başlayan Maradona “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuelz Old Boyz”da da çıxış edib.

“Futbolun Tanrısı” adlandırılan Maradona karyerasına 1997-ci ildə “Boka Xuniors”da son qoyub. Klub karyerasında ümumilikdə 491 dəfə meydana çıxan Maradona 259 dəfə rəqib qapılarına yol tapıb.

O, 1977-1994-cü illərdə Argentina millisnin formasını geyinib. 91 dəfə milli komanda ilə meydana çıxan Dieqo 34 qol vurub. “Futbol Tanrısı” 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının qalibidir. Komandasının kapitanı olan Armando uğurda böyük pay sahibi olduğu üçün “Qızıl top” mükafatını da alıb.

Bundan başqa, Maradona “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub.

Maradonanın karyerasında ən unudulmaz an isə 1986-cı ilin dünya çempionatının finalında Almaniyaya əllə vurduğu qoldur. Əfsanə özü həmin qolu “Tanrının əli” ilə vurulmuş qol adlandırmışdı.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis hazırda Argentinanın “Ximnasiya və Esqrima” klubunu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right