İsrafilovlu "Albasete"dən heç-heçə

İspaniya II Liqasında IX turun oyunları keçirilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" doğma meydanda "Las Palmas"la heç-heçə edib 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Eddi 90+8-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” 9 turdan sonra 9 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right