Rüfət Dadaşov: "ABŞ-da işlərim əla gedir"

Azərbayan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Feniks Rayzinq" klubundakı durumundan danışıb.

Newsport.az-ın məlumatına görə, Almaniyanın "Bild" nəşrinə açıqlama verən futbolçu tam uyğunlaşdığını söyləyib:

"ABŞ-da işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdilər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik.

Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatıb. Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik.

Keçmiş komandam "Proyssen"də nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram”.

"Feniks Rayzinq" ötən mövsümün qalibi olub. Millinin forvardı 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right