Levandovskidən Bundesliqa rekordu

“Bavariya”nın futbolçusu  Robert Levandovski Bundesliqa üçün yeni rekord müəyyənləşdirib.
 

Newsport.az-ın məlumatına görə, 32 yaşlı hücumçu buna 5-ci turda “Ayntraxt”la matçda (5:0) nail olub. Görüşün 10, 26 və 60-cı dəqiqələrində fərqlənməklə het-trik edən polşalı oyunçu çempionatın ilk 5 turunda 10 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb.

Bundan əlavə, Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, belə nəticə ilə turnirin 4-cü oyunçusudur.
 
Qeyd edək ki, bu göstərici üzrə rekord Herd Müllerə məxsusdur.Klaus Fişer və Mario Qomesin aktivində isə 12 het-trik var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah