"Liverpul"dan qələbə, "Siti" və "Yunayted"dən heç-heçə

İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, “Mançester Siti” London Olimpiya Stadionunda “Vest Hem”in qonağı olub. Matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

“Fulhem” isə doğma meydanda “Kristal Pelas”ı qəbul edib və məğlub olub- 1:2.

“Mançeser Yunayted” “Old Trafford”da “Çelsi” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb- 0:0.

“Liverpul” “Enfil”də “Şeffild Yunayted”i qəbul edib. Yurgen Kloppun kollektivi 2:1 hesabı ilə qalib gələrək, matçdan 3 xalla ayrılan tərəf olub.

İngiltərə Premyer Liqası, 6-cı tur

“Vest Hem” – “Mançester Siti” 1:1
Qollar: 
Antonio, 18 (1:0), Foden, 51 (1:1)

“Fulhem” – “Kristal Pelas” 1:2
Qollar:
 Rieduold, 8 (0:1), Zaha, 64 (0:2), Keirney, 90+5 (1:2)

“Mançester Yunayted” – “Çelsi” 0:0

“Liverpul” – “Şeffild Yunayted” 2:1
Qollar:
 Bergi, 13 (0:1), Firmino, 41 (1:1), Yota, 64 (2:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right