“Bu gün qazanmaq üçün meydana çıxacağıq” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan bu gün La Liqanın 7-ci turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, fransız mütəxəssis, mövsümün ilk “el klasiko”su ilə bağlı bunları deyib:

“Hər zaman özümü tənqid etmişəm. İşləri düzəltmək üçün hamımız birlikdə çalışmalıyıq. Əlbəttə, bu gün qazanmaq üçün meydana çıxacağıq.

Düşdüyümüz vəziyyətdən bizi çıxaracaq yenə də futbolçular olacaq. Bu vaxta qədər hər şeyi onlarla qazandıq və yenə də elə olacaq. Komanda olaraq bacardıqlarımızı tam şəkildə etsək, hər şey istədiyimiz kimi olacaq”.

Bu gün keçiriləcək “Barselona” – “Real” matçı saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right