"Yuventus" Dibala ilə razılığa gələ bilmədi

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməklə bağlı apardığı danışıqları dayandırıb.

Newsport.az-ın məlumatına görə, tərəflər yeni müqavilənin bir neçə bəndində razılığa gələ bilməyib.

Bundan əlavə, 27 yaşlı hücumçu ilə “Çelsi”ni yaxından maraqlandığı bildirilib.

Argentinalı oyunçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right