"Ümid edirəm ki, Ronaldo koronavirusdan qurtulacaq və oyuna hazır olacaq" Messi

“Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə “Yuventus”un fubolçusu Kriştiano Ronaldo ilə aralarından olan rəqabətdən danışıb.
 

Newsport.az-ın məlumatına görə, 33 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında portuqaliyalı forvarda koronavirusdan tez sağalmasını və Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Yuventus” – “Barselona” matçında iştirak edə bilməsini arzulayıb:

“Ronaldo ilə rəqbət xüsusi idi və hələ də belədir. Uzun illər bu cür davam etdi. Uzun müddət müəyyən bir səviyyədə qalmaq asan deyil. Ronaldo ilə aramızdakı duel şəxsi çərçivədə də çox yaxşı keçdi. “Real, “Barselona” tərəfdarları, eləcə də bütün azarkeşlər mötəşəm bir tamaşa gördülər. Onlara daha çox zövq verəcəyimizə ümid edirik. Aydındır ki, Ronaldo “Real”da çıxış edəndə oyunlar xüsusi idi. Belə görüşlər həmişə fərqli olub. Amma Kriştiano oynayanda matçlar daha da xüsusiləşirdi. Ancaq indi onlar keçmişdə qalıb. Biz səbirsizliklə qarşıdakı  çağırışları gözləyirik. Məsələn çərşənbə günü bu, baş verə bilər. Ümid edirik ki, Ronaldo tezliklə koronavirusdan qurtulacaq və bu oyunda iştirak edə biləcək”.
 
Qeyd edək ki, oktyabrın 28-də Turindəki “Allianz Arena”da keçiriləcək  “Yuventus” – “Barselona” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah