"Real"ın futbolçusu həbs edilə bilər

“Real”ın serbiyalı futbolçusu Luka Yoviç ölkəsində həbs edilə bilər.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçu mart ayında Belqradda karantin qaydasını pozmaqda ittiham olunur. Ona 6 aylıq həbs cəzası verilə bilər.

Qeyd edək ki, martın 19-da İspaniyadan Serbiyaya gedən Yoviç 28 gün karantində qalmalı olsa da, Belqrad küçələrində görünüb.

Yoviçin bir müddət əvvəl ödədiyi 30 min avro cərimənin onun cəzasını yüngülləşdirəcəyi bildirilib. Futbolçu ev dustaqlığı cəzası da ala bilər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah