Premyer Liqanın lideri ciddi itki ilə üzləşdi

"Everton" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın liderinin yarımmüdaifəçisi Xames Rodriqes "Sauthempton"a qarşı VI tur matçını buraxacaq.

Bu barədə liverpulluların baş məşqçisi Karlo ANçelotti məlumat verib. İtaliyalı mütəxəssis bildirib ki, "Liverpul"la ötən matçda (2:2) Vircil van Daykla mübarizə zamanı zədə alan kolumbiyalı ulduz növbəti matçı kənardan izləməli olacaq.

Xames bu mövsüm 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

"Sauthempton" - "Everton" matçı oktyabrın 25-cə keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah