Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, komandanı Ştefan Tarkoviç çalışdıracaq. Bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb. 47 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Pavel Hapalı əvəz edib.
Tarkoviç 2018-ci ildə də bu komandanı qısa müddət çalışdırıb. Ondan öncəki beş il ərzində isə o, millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.