Nurlan Novruzov 76 dəqiqə oynadı

Estoniya çemponatında 24-cü turun oyunları keçirilib.
 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right