Superliqa klubunda 4 futbolçu koronavirusa yoluxdu

Türkiyənin “Ankaragücü” klubunda beş nəfərdə koronavirus aşkarlanıb.
 

Newsport.az-ın məlumatına görə, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Virusa yoluxanlardan dördünün futbolçu, birinin isə məşqçi olduğu bildirilir. Onların hamısı dərhal karantinə alınıb.
 
Qeyd edək ki, “Ankaragücü” Superliqada bu mövsüm 4 oyunun heç birində qələbə qazana bilməyib və cəmi 1 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right