"Barselona" 4 futbolçu ilə müqavilə yenilədi

"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdu. Məlumatı klubun saytı yayıb.

Pike ilə 30 iyun 2024-cü, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək sözləşmə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.

De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək uzadılıb. De Yonqun təzminat qiyməti 400 milyon, Lanqlenin isə 300 milyon avrodu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right