"Qalatasaray" uduzdu, Prosineçki yeni komandasında ilk qələbəsini qazandı

Türkiyə Superliqasında 5-ci tura yekun vurulub.

 

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçirilib. "Qalatasaray" "Alanyaspor"u qəbul edib və 1:2 hesabı ilə uduzub. Digər görüşdə millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı "Dənizlispor" səfərdə "Gənclərbirliyi"nə 2:1 hesabı ilə qalib gələrək mövsümün ilk 3 xalını qazanıb.

 

19 oktyabr

"Qalatasaray" - "Alanyaspor" - 1:2
Qollar: Falkao, 34-pen (1:0), Babakar, 43 (1:1), Davidson, 90+5 (1:2)

 

"Gənclərbirliyi" - "Dənizlispor" - 1:2

Qollar: Subotiç, 22 (0:1), Rodalleqa, 45 (0:2), Kandeyas, 90 (1:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right