"Qarabağ"ın rəqibində ciddi itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Ərdoğan Yeşilyurt sıradan çıxıb. O, Super Liqanın V turunda "Kayserispor"la oyunda (3:1) topuğundan zədələnib. Futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də "Qarabağ"la keçiriləcək oyunu buraxacaq.

"Qarabağ" "Sivaspor"a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right