Suares Messini qabaqladı

“Atletiko"nun hücumçusu Luis Suares keçmiş komanda yoldaşı “Barselona”nın kapitanı Lionel Messini üstələməyi bacarıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna La Liqanın 5-ci turunda “Selta” ilə matçın 6-cı dəqiqəsində (2:0) fərqlənməklə nail olub.

Çempionatda 195-ci oyununu keçirən Suares özünün La Liqadakı 150-ci qolunu vurub.

Uruqvaylı futbolçu belə nəticə ilə Messini qabaqlayaraq, ikinci olub.

Qeyd edək ki, L. Suares qolların sayına görə yalnız "Real Madrid"ın sabiq oyunçusu  çıxış Kriştiano Ronaldodan geri qalır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah