"Mançester Yunayted" böyük fərqlə qalib gəldi

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Ole-Qunnar Sulşerin çalışdırdığı kollektiv “Nyukasl2la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 2-ci dəqiqədə “qırmızı şeytanlar”ın öz qapısına qol vuran oyunçusu Luk Şou açıb.

Komandanın qələbə qollarını isə  23-cü dəqiqədə Harri Makuayer, 86-cı dəqiqədə Bruno Fernandeş, 90-cı dəqiqədə Aaron van Bissaka və 90+6-cı dəqiqədə Markus Reşford vurub.

Qeyd edək ki, “Mançester Yunayted” bu qələbədən sonra 6 xalla turnir cədvəlində 14-cü yerdədir. Aktivində 7 xal olan “Nyukasl Yunayted” isə 11-cidir.
 



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right