"Qarabağ"ın rəqibindən səfər qələbəsi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sivasspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Sivas təmsilçisi Kayseridə yerli “Kayserispor”un qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 7-yə çatdıran (4 oyun) Rıza Çalımbayın baş məşqçisi olduğu komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasındakı oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.

 

"Kayserispor" - "Sivasspor" - 1:3
Qollar:
Erdal, 29 (0:1), Kanqa, 52 (1:1), Yatabare, 61 (1:2), Fayr, 83 (1:3)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right