"Qarabağ"ın daha bir rəqibi azarkeşlərə görə müraciət etdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal" matçlara azarkeşlərin buraxılması üçün İspaniya hökumətə müraciət edib.

Newsport.az-ın məlumatına görə, bu barədə AS nəşri məlumat yayıb. UEFA-nın qaydasına əsasən, avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Bunun üçün yerli orqanların icazəsi olmalıdı. "Vilyarreal" bu hüquqdan istifadə etmək niyyətindədi.

"Qarabağ" Valensiya təmsilçisi ilə oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gələcək.

"Vilyarreal"dan öncə "Sivasspor" da ev oyunlarında azarkeşlərin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right