Fernandeşdən Sulşer açıqlaması: "Yazılanlar doğru deyil"

"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş Premyer Liqada "Tottenhem"ə qarşı matçın (1:6) fasiləsində əvəzlənməsi ilə bağlı baş məşqçi Olq Qunnar Sulşerlə mübahisə etməsi barədə xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, yazılanların doğru olmadığını söyləyib:

"Məsələ ilə bağlı çoxlu spekulyasiyalar edildi. Əvvəl dedilər ki, komanda yoldaşlarmla mübahisə etmişəm, sonra yazdılar ki, Viktor Lindelöflə dalaşmışam. Heç biri tutmadı. Axırda dedilər ki, guya Sulşerlə mübahisə etmişəm. Bu xəbərlərin hamısı səhvdi. Komandaçın ziyanına olacaq heç nə etməmişəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right