İnzagini Alleqri əvəzləyəcək?

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqrinin işsiz günləri başa çatmaq üzrədi.

Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssisin "Latsio"nu çalışdırmaq variantı var. İtaliya mətbuatının yazdığına görə, Roma klubunun prezidenti Klaudio Lotito şəxsənözü Alleqrini komandanın başında görmək istəyir.

Lazio hazırkı baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə imzalanması ilə bağlı razılığa gələ bilmir. Əgər tərəflər sözləşməni yeniləməsə, Alleqri İnzaqini əvəzləməyə əsas namizəd olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right