"CBC Sport" erməni futbolçuya görə "Roma"nın oyunlarının yayımını dayandırdı

Azərbaycanda İtaliya A Seriyasının yayım hüququna sahib olan "CBC Sport" "Roma"nın oyunlarını efirə verməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə kanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli "Futbol+" qəzetinə açıqlamasında bildirib. O, daxili qərarla "Roma"nın oyunlarının yayımını dayandırdıqlarını söyləyib. Əfsərli bildirib ki, A Seriyası klubunun erməni futbolçusu Henrix Mxitaryan klubdan ayrılana qədər bu, belə davam edəcək.

Əlavə edək ki, "Roma" bir neçə gün əvvəl Ermənistana yardım göndərmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right