"Sivasspor"un baş məşqçisi: "Avropa Liqası matçları bizim üçün milli komanda səviyyəsində oyunlar olacaq"

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rza Çalımbay  komandasının hazırkı durumu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Sivas təmsilçisinin çalışdırıcısı bunları deyib:

“Bu andan etibarən komandamız üçün çətin bir dövr başlayır. Çempionatda “Kayserispor”la qarşılaşma vacibdir. Çox yaxşı çıxış etməliyik. Yaxşı nəticə Avropa Liqası oyunu öncəsi bizi daha da stimullaşdıracaq.

"Vilyarreal"la görüşün ardından daha iki çətin oyunumuz var. Həmin qarşılaşmaları yaxşı qiymətləndirsək, yaxşı bir nöqtəyə gələcəyik. Ev oyunlarında azarkeş dəstəyi olsaydı, daha yaxşı olar.

Avropa Liqası matçları bizim üçün milli komanda səviyyəsində oyunlar olacaq. Bütün futbolçular bunun fərqindədir”.

Qeyd edək ki, “Sivasspor” Avropa Liqasında ilk oyununu oktyabrın 22-də səfərdə “Vilyareal”a qarşı keçirəcək. Türkiyəlilərin “Qarabağ”la görüşü isə noyabrın 5-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right