"Mançester Siti" futbolçusunu icarəyə verdi

"Mançester Siti" yarımmüdafiəçisi Patrik Robertsi "Midlsbro"ya icarəyə verib.

Newsport.az-ın məlumatına görə, bu barədə 25 yaşlı futbolçunun yeni klubu məlumat yayıb. Çempionşip təmsilçisi yarımmüdafiəçini mövsümün sonuna kimi icarəyə götürüb. Roberts geridə qalan mövsümün ikinci dövrəsini də "Midlsbro"da keçirib.

Yarımmüdafiəçi "Mançester Siti"nin əsas komandasında cəmi 3 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right