"Biz Messi ilə evli cütlük kimiyik" - Aquero

"Mançester Siti"nin oyunçusu Serxio Aquero maraqlı açıqlamalar verib. O, milli komanda düşərgəsində otaq yoldaşı olan Lionel Messi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli forvard bu haqda sport.es nəşrinə danışıb. Onun sözlərinə görə, Messi çox məsuliyyətli və gecikməyi sevməyən biridir:

"Biz Messi ilə köhnə evli cütlük kimiyik. Mən həmişə gecə TV-ni açıq qoyub yatıram, səhər isə o məni danlayır. 19:30-da otelə qayıdırıq, axşam yeməyi isə 21:00-dadır. Messi dərhal hazırlaşmağa başlayır, mən isə uzanıb telefonla danışıram. O məni tələsdirir, gecikməyi heç xoşlamır"

Xatırladaq ki, Argentina yığması Dünya Çempionatının təsnifat mərhələsində Boliviya yığması ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right