"Qarabağ"ın rəqibində daha bir itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal" daha bir itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisinin futbolçusu Pervis Estupinyan Ekvador millisinin Uruqvayla qarşılaşdığı matçda (4:2) zədələnib. Oyunun 73-cü dəqiqəsində xəsarət alaraq, meydanı tərk edən müdafiəçinin hansə müddətə yaşıl meydanlardan kənar qalacağl tibbi müayinədən sonra bilinəcək.

"Vilyarreal"da bundan əvvəl hücumçu Jerar Moreno zədələnmişdi. Sofian Çakla isə koronavirusa yoluxub.

"Qarabağ" Avropa Liqasının İ qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (İsrail) və "Sivasspor"la (Türkiyə) ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right