"Hatayspor"un üç futbolçusunda koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onların adı açıqlanmayıb. Hər üç futbolçu karantinə alınıb.
Super Liqanın debütantı olan "Hatayspor" geridə qalan 4 turda 7 xal toplayıb və 7-ci sırada qərarlaşıb.