Monteneqro millisi Bakıya itkilərlə gələcək

Millətlər Liqasının V turunda Azərbaycan millisinin qonağı olacaq Monteneqro yığması Bakıya itkilərlə gələcək.

Newsport.az-ın məlumatına görə, rəqibin üç futbolçusu sözügedən görüşü buraxacaq. Buna səbəb onların ötən gün Lüksemburqla matçda cəzalı duruma düşmələridi. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki oyunçusu qırmızı, biri isə sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Müdafiəçi Marko Simiç ikinci sarı vərəqə ilə meydanı tərk edibsə, hücumçu Marko Yankoviçin birbaşa qırmızı vərəqə alaraq cəzalanıb. Digər müdafiəçi Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb.

Azərbaycan - Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right